(+994 50) 254-93-93
info@deziline.com

Xidmətlərimiz

“Deziline” MMC həşərat və gəmiricilərlə mübarizə aparmaq üçün peşəkar mübarizə vasitələrinin və müasir texnologiyaların tətbiqi ilə dezinfeksiya, dezinseksiya, deratizasiya və deep cleaning xidmətləri göstərən ən səriştəli və təcrübəli şirkətlərdən biridir. Şirkətin iş prinsipi əsl peşəkarlardan ibarət olan və müvafiq ixtisas və xüsusi hazırlığa malik əməkdaşları hesabına yalnız keyfiyyətli xidmətlərin göstərilməsidir. Şirkət öz işində yalnız sertifikatlaşdırılmış preparatlardan və müasir yüksək texnoloji avadanlıqlardan istifadə edir, istənilən mürəkkəbliyə malik obyektlərdə işləmək üçün texniki imkanlara və bacarıqlara malikdir. Bütün tədbirlər keyfiyyət və sürətlə görülür.

Dezinfeksiya

Dezinseksiya

Deratizasiya

Deep Cleaning

DEZİNFEKSİYA NƏDİR?

Dezinfeksiya – müxtəlif yoluxucu xəstəlik törədicilərinin məhvinə və bakteriyaların toksinlərinin dağıdılmasına yönəlmiş kompleks tədbirləridir. Dezinfeksiya tək bakteriya və viruslarla mübarizə deyil, həm də sözün geniş mənasında infeksiya daşıiıcılarının – buğumayaqlıların (dezinseksiya), və gəmiricilərin (deratizasiya) məhvini özündə birləşdirir.

FUMİQASİYA NƏDİR?

Fumiqasiya – Böcəkləri (yumurta, sürfə, nimfa, pup və yetişkin mərhələlərində) və digər ziyanvericiləri (nematodlar,göbələklər,bakteriyalar və s. kimi) öldürmək məqsədi ilə qapalı bir şəraitdə (bəlli bir temperatur və müəyyən zaman ərzində) qaz halında kimyəvi maddə (fumiqant) verərək, müəyyən bir zaman saxlanması ilə baş verən hadisəyə deyilir. Fumiqasiya bütün bitki və heyvan mənşəli məhsullar və digər materialları ziyanvericilərdən, məhsulları itkidən qorumaq və onun qarşısını almaq məqsədilə aparılır.Bu iş digər dərmanlarla mübarizə tədbirləri imkansız olduğu hallarda aparılan son dərmanlama üsuludur. Bizim şirkətin yüksək təcrübəyə malik mütəxəsisləri bu üsulu İnsanlar və ətraf aləm üçün ən təhlükəsiz səviyyədə həyata keçirirlər.

DEEP CLEANING NƏDİR?

Deep Cleaning – yaşayış və sənaye obyektlərinin kompleks təmizliyi xidmətlərini həyata keçirən təmizlik şirkətidir. Öz işimizdə biz təmizlik industriyasının ən qabaqcıl nailiyyətlərini tətbiq edir, təmizlikdə təhlükəsiz maddələr və müasir avadanlıqlar istifadə edirik. Şirkətimizin xidmət potensialı genişdir. Hər növ təmizliyi sifariş etməklə yanaşı həmçinin müştərilərimizə istənilən qrafikə uyğunlaşma şəraiti, xidmətlərdən ümümi və ayrı-ayrılıqda istifadə edə bilmə imkanı yaradırıq. Biz xidmət səviyyəmizi hər zaman optimizə etməyə çalışan müasir təmizlik şirkətiyik. Bu prinsipə əsaslanaraq müştərilərimizə xidmət və qiymət nisbətinin ən münasib olmasını iqtisadi şəraitdən asılı olmayaraq daim stabil qorumağa çalışırıq. Müştəri məmnuniyyəti amilini formalaşdıran və ona ən çox təsir edən göstərici xidmət keyfiyyətidir. Elə bu səbəbdəndir ki, göstərdiyimiz xidmətin keyfiyyətinə xüsusi önəm veririk İşlərimizin icrası zamanı əsas diqqət yetirdiyimiz məqamlar güvənlilik, peşəkar və şəffaf iş prosesi və operativlikdir. Məhz buna görə də məqsədimiz xidmət göstərdiyimiz sahədə aparıcı mövqe tutaraq, müştərilərimizin bizdən tam razı qalmasını təmin etməkdir. Şirkətimizin xidmət potensialı genişdir. Hər növ təmizliyi sifariş etməklə yanaşı həmçinin müştərilərimizə istənilən qrafikə uyğunlaşma şəraiti, xidmətlərdən ümümi və ayrı-ayrılıqda istifadə edə bilmə imkanı yaradırıq. Biz xidmət səviyyəmizi hər zaman optimizə etməyə çalışan müasir təmizlik şirkətiyik. Bu prinsipə əsaslanaraq müştərilərimizə xidmət və qiymət nisbətinin ən münasib olmasını iqtisadi şəraitdən asılı olmayaraq daim stabil qorumağa çalışırıq. Müştəri məmnuniyyəti amilini formalaşdıran və ona ən çox təsir edən göstərici xidmət keyfiyyətidir. Elə bu səbəbdəndir ki, göstərdiyimiz xidmətin keyfiyyətinə xüsusi önəm veririk İşlərimizin icrası zamanı əsas diqqət yetirdiyimiz məqamlar güvənlilik, peşəkar və şəffaf iş prosesi və operativlikdir. Məhz buna görə də məqsədimiz xidmət göstərdiyimiz sahədə aparıcı mövqe tutaraq, müştərilərimizin bizdən tam razı qalmasını təmin etməkdir.
Müxtəlif növ zərərvericilərlə mübarizədə yalnız yoxlanmış metodlardan və effektiv vasitələrdən istifadə edərək hər bir müştərimizə fərdi yanaşmağa çalışırıq. Şirkətimiz həmişə müştərilərin seçiminə əsaslanır, buna görə də biz müştərilərimizin rahatlığı üçün əlimizdən gələni edirik. Bütün tədbirlər və proseduralar keyfiyyətlə və vaxtında, Sizə uyğun istənilən vaxt həyata keçirilir.. Məsuliyyət, müsbət nəticəyə və keyfiyyətə istiqamətlənmə – işimizin əsas meyarlarıdır. Yalnız bu cür həqiqi effektiv nəticə əldə etmək olar. “Deziline” MMC dezinfeksiya üzrə xidmətlərini təklif edir. Dezinfeksiya – xidmət olunan ərazidə virus və bakteriyaların məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.

Müəssisələrin profilaktik dezinfeksiyası mürəkkəb prosesdir və mütəxssislərə laqeyd yanaşılması tövsiyə olunmur və hətta demək olar ki, təhlükəlidir. Bu, insan gözü ilə görünən canlı və canlı olmayan təbiət obyektlərindən əlavə bizi əhatə edən və qəbul etməyimiz çətin olan çox saylı mikroorqanizmlərlə əlaqədardır. Lakin bu «gözəgörünməzlər» həyatımıza ciddi təsir göstərirlər, ona görə də mütəxəssislər tərəfindən ciddi tədqiqat olunması vacibdir. İstənilən insan bizi məişətdə, işdə, ictimai yerlərdə əhatə edən müxtəlif mikroorqanizmlərin mövcud olmasını yaddan çıxarmamalıdır. Onlar havada, suda, qida məhsullarında, əşyaların üzərində, insanların və heyvanların örtük və seliklərində mövcud olurlar. Mikroorqanizmlər – bizim dəyişməz yol yoldaşlarımızdır. Onların əksəriyyəti – məişətdə, təbabətdə, kulinariyada əvəzolunmaz yardımçılarımızdırlar. Lakin elələri də var ki, onlar bizim ən qəddar düşmənimizdir – onlar xəstəlik törədən mikroorqanizmlər, o cümlədən birhüceyrəlilər, bakteriyalar, viruslar və göbələklər tərəfindən törədilən təhlükəli infeksiya mənbəyidirlər. Onların «fəaliyyətinin» nəticələri – viruslu respirator xəstəliklərin, mədə-bağırsaq infeksiyalarının, təhlükəli hospital infeksiyalarının epidemioloji təzahürüdür ki, onlar da günümüzün kədərli həqiqətləridir.
info@deziline.com
linkedin facebook pinterest youtube rss twitter instagram facebook-blank rss-blank linkedin-blank pinterest youtube twitter instagram